Modern.az

Yanğına görə 26 min nəfər təxliyə edildi

Yanğına görə 26 min nəfər təxliyə edildi

Dünya

19 Avqust 2023, 22:20

İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri Tenerifedə yanğınlar səbəbindən insanlar təxliyə olunub.

 

Modern.az xəbər verir ki, adadakı yanğınların söndürülməsi və risk altında olanların təxliyəsi üçün işlər davam etdirilir.

 

Kanar adaları müşaviri Kandelaria Delqado yerli RTVC telekanalına bildirib ki, Tenerifedəki yanğınlar səbəbindən ümumilikdə 26 min insan təxliyə edilib.

 

Rəsmilər avqustun 15-dən Kanar adasının ən böyük təbiət parkı da daxil olmaqla 5 min hektar ərazinin yandığı barədə məlumat yayıblar.

 

Tenerife meteorologiya səlahiyyətliləri temperaturun artmağa davam edəcəyi ilə bağlı məlumat paylaşıb.

 

Bölgədən təxliyə ediləcək insanların sayının artacağı ehtimal olunur.

 

Bildirilib ki, yanğının söndürülməsinə 200-dən çox canlı qüvvə, 13 təyyarə və helikopter cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir