Rüstəm İbrahimbəyovun seçkilərdə digər müxalifət liderlərinin vahid namizəd ola biləcəyinə dair açıqlaması Milli Şurada çaşqınlıqla qarşılandı. kverdiyi müsahibələrində Milli Şurada alternativ namizəd seçimin əleyhinə olduğunu bəyan edən R.İbrahimbəyov bu dəfə fərqli ampuluadan çıxış edib. O, ikili vətəndaşlıq problemini həll edə bilməyəcəyi təqdirdə koalissiyanın vahid namizədi olaraq Müsavat başqanı İsa Qəmbəri dəstəyləyəcəyini gizlətməyib.
İbrahimbəyovun bu çıxışından sonra diqqətlər İsa Qəmbərə yönəlib.
Müsavat Partiyasının Milli Şuradakı nümayəndəsi Gülağa Aslanlı Modern.az-a açıqlamasında İsa Qəmbərin vahid namizədliyinin mümkün olduğunu deyib. Onun sözlərinə görə, Milli Şura buna razılıq verərsə İsa Qəmbər öz qərarını verəcək.
Milli Şura üzvünün sözlərinə görə, hər şey Rüstəm İbrahimbəyovun seçkilərə qatılıb-qatılmayacağından aslıdır:
“Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərdir. Söhbət İsa Qəmbərin vahid namizədliyindən getmir.
Əgər Milli Şurada seçim İsa Qəmbərin üzərində dayanarsa bu məsələ Müsavat partiyasında müzakirə olunacaq. Əsas qərar bu məsələdə İsa bəyindir. Rüstəm İbrahimbəyovun dediyinə dəsətk olaraq biz də qeyd edirik ki, Milli Şura seçkilərdə vahid namizədlə iştirak etsin.
Rüstəm İbrahimbəyov özü diqqətə çatdırır ki, sənədlərlə bağlı namizədliyi mümkün olmaya bilər, bu baxımdan əlavə namizəd üzərində dayanmağa ehtiyyac var. İbrahimbəyovun seçimi İsa Qəmbər olarsa biz də öz qərarımızı verəcəyik”.
Anar RÜSTƏMOV