Modern.az

Hakim Ziyeş "Qalatasaray"da

Hakim Ziyeş

İdman

20 Avqust 2023, 11:34

"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"dən Hakim Ziyeşi heyətinə qatıb.

 

Müqaviləyə əsasən, mərakeşli yarımmüdafiəçi 3 mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edəcək. Türkiyə klubu bu keçid üçün London təmsilçisinə təzminat ödəməyib.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2020-ci ildən "Çelsi"də çıxış edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi