Modern.az

Rusiya "OMON"u - daha 1000 nəfəri saxladı

Rusiya "OMON"u - daha 1000 nəfəri saxladı

7 Avqust 2013, 11:45


Rusiya hökumətinin “bazar əməliyyatı” davam edir. RIA Novostinin yaydığı məlumata görə “Sadovod” Moskva bazarında reydlər zamanı polis mindən çox şəxsi saxlayıb. Modern.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, saxlanılanlar polis şöbəsinə aparılıblar. Hazırda onların barəsində genişmiqyaslı yoxlamalar gedir. Polisin saxlanılan şəxslərə qarşı kobud rəftarını gündəmə gətirən mətbuata cavab olaraq Moskva meri Serqey Sonyanin bildirib ki, “Motvey” bazarında satıçıların polisi döyməsi indiki pis rəftarın kotalizatoru olub.

Xatırladaq ki, Rusiya bazarlarında keçirilən redlərdə qeyri-qanuni miqrantların saxlanılması istiqamətində işlər iyulun 27- dən başlayıb. Yoxlamalardan sonra qeyri qanuni miqrantlar deportasiya edilərək ölkədən çıxardılır. Reydlər zamanı yerli satıcıların “Motvey” bazarında polis baş leytinantı Anton Kuidryaşovu döyməsi Rusiya polisin özündən çıxarıb və sonrakı əməliyyatlar zamanı saxlanılan şəxslərlə kobud rəftarlar qeydə alınıb.

 

Elçin MURAD

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı