Modern.az

Sumqayıt vağzalındakı yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıt vağzalındakı yanğın söndürülüb - YENİLƏNİB

Hadisə

20 Avqust 2023, 23:07

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb.

 

Modern.az xəbər verir ki, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik Tahir Quliyev məlumat verib.

 

O bildirib ki, dəmir yolu vağzalının 3-ü mərtəbəsində quraşdırılmış 1 ədəd kondisioner yanıb.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib. Yanğın söndürülüb.

 

***

22:24

Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.

 

Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər