Modern.az

Azərbaycanda ət yenidən bahalaşıb - SƏBƏB

Azərbaycanda ət yenidən bahalaşıb - SƏBƏB

İqtisadiyyat

21 Avqust 2023, 09:48

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.

 

Modern.az xəbər verir ki, sümüklü ətin qiyməti 50 qəpik - 1 manat artıb.

 

Ötən həftə 14 manata satılan mal əti hazırda bazara 15-16 manata çıxarılır.

 

Mal ətinin son bir həftə ərzində bahalaşmasını ot və yem qiymətlərinin artması ilə əlaqələndirirlər.

 

Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi