Modern.az

Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi ELAN ETDİ

Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi ELAN ETDİ

21 Avqust 2023, 11:45

Milli Qəhrəman Çingiz Mustafayevin 63 yaşı münasibətilə hərbi vətənpərvərlik mövzusunda “Ən yaxşı yazı” müsabiqəsi elan edilib.
 

Bu barədə Modern.az-a Milli Qəhrəman Çingiz Mustafayev adına Fonddan məlumat verilib.
 

Müsabiqəyə təqdim olunan aşağıdakı yazılarda üstünlük veriləcək:

-  Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.

- Müsabiqəyə 2023-cü il avqustun 27-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

- Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

- Yazılarda işarə məhdudiyyəti yoxdur.

- Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Ən yaxşı yazı" müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.

Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:
[email protected]

Təqdimat məktubunda yer almalıdır:
• yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı;
• yazı təqdim edən şəxsin fotosu;
• müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
• yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.

Müsabiqənin mükafatlandırılma mərasimi avqustun 31-də keçiriləcək.
Əlaqə telefonu: (012) 430 20 66, (050) 222 02 93

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər