Modern.az

“AzInTelecom”a yeni direktor təyin olunub

“AzInTelecom”a yeni direktor təyin olunub

Ölkə

21 Avqust 2023, 14:26

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, qurumun İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsinə Ceyhun Qarayev təyin edilib.

 

Buna qədər isə o, həmin departamentin İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin müdiri kimi çalışıb.

 

Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsini Əmir Vəlibəyov icra edib. C.Qarayevin xələfi bu ilin iyun ayında tutduğu vəzifədən ayrılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...