Modern.az

Daha bir ölkə ukraynalı pilotların təliminə qoşulur

Daha bir ölkə ukraynalı pilotların təliminə qoşulur

Dünya

21 Avqust 2023, 22:55

Yunanıstan ukraynalı pilotların F-16 təyyarələrində təlimində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstanın Baş naziri Kiryakos Mitsotakislə birgə mətbuat konfransında məlumat verib.

 

O qeyd edib ki, Ukraynaya müdafiə dəstəyi ilə bağlı detallar müzakirə edilir.

 

"Rusiyanın bu dəhşətli təcavüzünün sonunu sürətləndirə biləcək konkret şeylərin adını çəkdim. Bu gün aviasiya koalisiyası üçün mühüm nəticəmiz var - Yunanıstan F-16-da pilotlarımızın təlimində iştirak edəcək. Biz buna görə minnətdarıq”, - deyə Zelenski qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza