Qazaxıstanın Türküstan vilayətində 11 nəfər batıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sırdərya çayında baş verib.
Məlumata görə, 11 nəfərdən 8-nin meyiti tapılıb. Digər şəxslərin axtarış-xilasetmə əməliyyatı davam edir.
Bildirilir ki, batanların hamısı nəzərdə tutulmamış yerdə çimiblər.