Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final və üçüncü yer uğrunda oyunlar başlayır.
Modern.az xəbər verir ki, bu gün finalda hindistanlı Rameşbabu Praqqnanandxa norveçli Maqnus Karlsenlə qarşılaşacaq.
Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasovla ABŞ təmsilçisi Fabiano Karuana üz-üzə gələcək. Üçüncülük uğrunda qarşılaşma saat 15:00-da başlayacaq.
Qeyd edək ki, cavab oyunları avqustun 24-də keçiriləcək.