Modern.az

Deputat: “Qafqaz Müsəlmanları İdarəsi bu qanun layihəsində barışmaz mövqe tutub”

Deputat: “Qafqaz Müsəlmanları İdarəsi bu qanun layihəsində barışmaz mövqe tutub”

Parlament

7 Avqust 2013, 14:57

Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində təəssüf ki, mövqelər dəyişmir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə dəyişməz mövqe sərgiləyir.

  “Qalan məsələlərdə problem yoxdur. Səhiyyə Nazirliyinin təklifi var ki, ilk 5 ildə süni mayalanma əməliyyatları yalnız dövlət müəssisəndə həyata keçrilsin və sonra özəl müəssisələrə də bu səlahiyyət verilsin. Onunla razılaşmaq olar, çünki hamiləlik-doğuşa qədər proses 9 ay müddətindər. Özəl klinika 9 ay müşahidəni aparmır. Yalnız mayalanmanı aparıb, pulunu alır və sonra qadın dövlət səhiyyə müəssisələrinin ümidinə qalır. Dövlət səhiyyə müəssisəsi deyir ki, bunu özəl edibsə, məsuliyyətini də o daşımalıdır. O daşımırsa, dövlət müəssisəsi süni mayalanmanı aparsın və məsuliyyəti də dövlət daşısın. Hesab edirəm ki, bununla razılaşmaq olar”.  

Musa Quliyevin fikrincə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə payız sessiyasında baxılacaq.  

“Sadəcə din tərəfdən ciddi problem var, heç özüm də bilmirəm necə edim”.  

Aytən ƏLİYEVA
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...