Modern.az

Rusiya bombardmançısı məhv edildi - BBC təsdiqlədi

Rusiya bombardmançısı məhv edildi - BBC təsdiqlədi

Dünya

22 Avqust 2023, 12:15

Ukraynanın TU-22 markalı uzunmənzilli Rusiya bombardmançı təyyarəsini PUA hücumu ilə məhv etdiyi bildirilir.

 

Modern.az xəbər verir ki, sosial mediada yayılan və BBC-nin yoxlama xidməti olan "BBC Verify" tərəfindən təhlil edilən kadrlar Sankt-Peterburqun cənubundakı aviabazasında təyyarənin yandığını göstərir.

 

Rusiya tərəfinin rəsmi məlumatına görə, PUA  vurulub, lakin təyyarəyə "zərər verə" bilib. Ukrayna hadisəni şərh etməyib.

 

TU-22 təyyarələri səsdən iki dəfə yüksək sürətlə hərəkət edə bilir və Rusiya tərəfindən Ukraynaya hücum etmək üçün geniş istifadə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza