Modern.az

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başladı

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başladı

Təhsil

22 Avqust 2023, 12:19

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyaların boş qalan yerləri üçün lisey seçimi mərhələsinə start verilib.
 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
 

Məlumata görə, avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilib. Bu mərhələdə lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.  


Boş qalan yerlərə seçim edə bilmək üçün //sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla istəyə uyğun olaraq 1 və ya 2 seçim edilə bilər.
 

Qeyd edək ki, 28 avqust tarixindən etibarən ikinci mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.
 

V, VI, VII, VIII siniflər üzrə cari vakant

Sizə yeni x var
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub