Modern.az

Brüssel və Bakıda yeni məsləhətləşmələr aparılacaq - Belçikalı nazir

Brüssel və Bakıda yeni məsləhətləşmələr aparılacaq - Belçikalı nazir

Dünya

22 Avqust 2023, 13:20

Belçikanın xarici işlər naziri Haca Labib Brüssel, İrəvan və Bakıda yeni məsləhətləşmələr keçirəcəyini açıqlayıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, İrəvanda keçirilən brifinqdə danışıb.

 

O, ümid edir ki, sözügedən məsləhətləşmələr tarixi bir dönüşə səbəb olacaq.

 

“Tarixi qarşıdurmadan yeganə çıxış yolu danışıqlar və kompromislərdir, hətta buna nail olmaq çətin olsa belə”, - Labib əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza