Modern.az

Əsl dindarlar və riyakarlar - “Dindar” sözünü işlətmək düzgündürmü? - RƏYLƏR

Əsl dindarlar və riyakarlar - “Dindar” sözünü işlətmək düzgündürmü? - RƏYLƏR

Ölkə

7 Avqust 2013, 15:28


Son illər ölkəmizdə dinə üz tutanların sayının artması hiss olunur. Sosial şəbəkələrdə dini mövzularda olan qızğın müzakirələr və mübahisələr bir sıra məqamlar üzərində düşünməyə sövq edir. Müşahidələr göstərir ki, “dindar” adı ilə təkcə kamil dini bilikləri olanlar nəzərdə tutulmur. Bununla bağlı aparılan müzakirəlrədə “Həqiqi dindar kimdir?” sualına müxtəlif münasibət sərgilənir.   

Standart fikrə görə, namaz qılıb, oruc tutmaq, müqəddəs yerləri ziyarət edib, fitrə-zəkatını verib, islamı təbliğ etmək dindarlıq əlamətidir. Bəs dindar olmağın digər şərtləri də varmı?

Modern.az dindar olmağın vacib şərtlərini elə din adamlarından soruşub. 

“Yeni Müsavat” qəzetinin dini yazarı Kənan Rövşənoğlu deyir ki, ümumiyyətlə, “dindar” kəlməsinin özü birmənalı qarşılanmır.

”Əgər söhbət dinə inananlardan gedirsə, ümumi olaraq “müsəlman” sözündən istifadə edirik. Eyni zamanda dinin hökmlərinə riayət edən, yəni oruc tutub, namaz qılan və eləcə də dinin digər vacib buyruqlarını icra edən şəxslər ərəbcə  “mutədəyyin” adlanır”.

Həmsöhbətim deyir ki, bir başqa variantda dini qaydalara əməl edən müsəlmanlara, yəni dini hökmlərin həyatında mühüm yeri olan insanlar möminlər adlanır.

“Əlbəttə, heç də hamı dinin bütün hökmlərinə kamil şəkildə riayət edə bilmir. Məsələn, namaz qılan və oruc tutuan, bəlli səbəbdən Həccə gedə bilmir və ya zəkat verə bilmir. Yaxud da namaz qılır, ancaq oruc tuta bilmir, səhhəti imkan vermir. Bu səbəbdən biz kiməsə dinin bu hökmünü “niyə icra etmirsən?” və ya “sən etmirsən, buna görə müsəlman deyilsən”, yaxud “daha yaxşı müsəlman deyilsən” kimi ittihamlar irəli sürə bilmərik. Çünki bu məsələ Allah və bəndə arasında olan məsələdir. Hər kəs öz hesabını verəcək, dində isə məcburiyyət yoxdur, dini hökmlər iman gətirən, yəni inananlardan ötəri vacibdir. Dediyiniz məsələ, ümumi bir vərdişdir, din elə bir sahədir ki, hər kəs bu barədə danışmağa həvəslidir

bu həm mövzunun genişliyi, həm də bir növ hər bir insanın birbaşa özü ilə bağlı olduğu üçün hər kəs bu mövzuda nəsə danışmağa özünü haqlı bilir.

Amma təbii ki, elmi, dini mövzular çox genişdir və burda daha tutarlı fikirləri mükəmməl dini təhsil almış şəxslər deyə bilər”.

Kənan Rövşənoğlunun fikrincə, əsl dindar İslam dininin qadağan etdiyi işlərdən çəkinən və vacib buyurduğu əməlləri yerinə yetirən insanlardır. Onları “dindar”, “mömin” və ya “mutədəyyin” adlandırmaq olar.

“Əlbəttə burada müstəhəb, yəni bəyənilən və məkruh, yəni bəyənilməyən əməllər də var. Amma ilkin şərt odur ki, iman gətirən müsəlman haramdan çəkinən, vaciblərə riayət edən əsl müsəlman, dindardır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev isə deyir ki, dini ayinlərə əməl edənləri dindar hesab etmək olar. Onun sözlərinə görə, insan Allahın təkliyini qəbul edib, dilinə gətirisə və qəlbi ilə bunu təsdiqləyirsə və əməlində bunu göstərirsə, deməli o, əsl dindardır.

“Əgər biri dildə bunları desə, qəlbi onu təsdirləməsə, əməldə göstərməsə, onlara riyakar deyirlər. Dinimizdə belə bir şey var. Məsələn, biri o birini qonaq dəvət edir. Dilində təklif etsə də, qəlbində bunu istəmir. O, günah qazanmış olur. Ona görə də əsl dindar öz dininin buyurduğu hökmlərə, qayda-qanunlara tam şəkildə əməl edən, dili ilə deyib, qəlbi ilə təsdiqləyən və əməli ilə onu göstərənə deyilir”.

Gültəkin ƏLƏSGƏR     

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi