Modern.az

Tailandda nasist simvolikası yayılır - FOTOLAR

Tailandda nasist simvolikası yayılır - FOTOLAR

Dünya

22 Avqust 2023, 17:34

Son illərdə gənc tailandlılar Adolf Hitlerə və Üçüncü Reyxin simvollarına rəğbət bəsləyirlər.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

 

Bildirilib ki, bunu reklam, geyim, suvenir mağazalarında görmək olar. İkinci Dünya müharibəsi zamanı Tailand militarist Yaponiyanın müttəfiqi idi və kral VII Rama 1934-cü ildə Berlində Hitlerlə görüşmüşdü.

 

Amma ekspertlər deyirlər ki, müasir gənclər Holokost və İkinci Dünya müharibəsi haqqında çox az şey bilirlər və çətin ki, onun qurbanlarının xatirəsini məqsədli şəkildə təhqir etsinlər.

 

Ekspertlər hesab edirlər ki, bu, kral Maha Vajiralonqkorn və ya X Ramanın fikirləri ilə bağlı ola bilər. O, 2016-cı ildən hakimiyyətdədir və özünü sərt avtoritar lider kimi təsdiqləyib.

 

Kral hərbi paradları sevir, narazılığı yatırır və uşaqlara hərbi-vətənpərvərlik tərbiyəsi verir. Ola bilsin ki, onun baxışları, idarəetmə tərzi cəmiyyətə ötürülür.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza