Modern.az

Nicat Abasov üçüncü yer uğrunda ilk qələbəsini qazandı

Nicat Abasov üçüncü yer uğrunda ilk qələbəsini qazandı

22 Avqust 2023, 17:49

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb.

 

Modern.az xəbər verir ki, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.

 

Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.

 

Qeyd edək ki, şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi