Modern.az

Rus general vəzifəsindən uzaqlaşdırıldı - \"Vaqner\"ə görə

Rus general vəzifəsindən uzaqlaşdırıldı - \

22 Avqust 2023, 18:36

Rusiya Aerokosmik Qüvvələrin komandanı general Sergey Surovikin vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın "Baza" kanalı məlumat yayıb.

 

Onun nə vaxt vəzifədən uzaqlaşdırıldığı açıqlanmayıb.

 

Xatırladaq ki, "Vaqner" muzdlularının qiyamından sonra Sergey Surovikinin saxlanılması barədə xəbərlər yayılıb.

 

Sergey Surovikinin qızı isə atasının həbs edilmədiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza