Modern.az

Millimiz Yunanıstana qalib gəldi 

Millimiz Yunanıstana qalib gəldi 

22 Avqust 2023, 21:35

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, C qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstanla üz-üzə gəlib.

 

İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar.

 

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi