Modern.az

Nazim Süleymanov Rusiyadakı işindən uzaqlaşdırıldı

Nazim Süleymanov Rusiyadakı işindən uzaqlaşdırıldı

23 Avqust 2023, 05:34

"Ximki" azərbaycanlı baş məşqçi Nazim Süleymanovla müqaviləni yeniləməyib.

 

Modern.az xəbər verir ki, gənclərdən ibarət heyətin (U-19) sabiq çalışdırıcısı əsas komanda Premyer Liqanı tərk etdikdən sonra klubun strukturunda qalmayıb. Gənclərdən ibarət komanda isə fəaliyyətini dayandırıb.

 

58 yaşlı mütəxəssisin "Ximki"nin aşağı yaş qruplarından ibarət başqa heyətlərində fəaliyyətini davam etdirəcəyi gözlənilsə də, ona iş tapılmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi