Modern.az

Türkiyədə dəhşətli meşə yanğınları, 1251 nəfər... - VİDEO+FOTOLAR

Türkiyədə dəhşətli meşə yanğınları, 1251 nəfər... - VİDEO+FOTOLAR

Dünya

23 Avqust 2023, 09:36

Xəbər verdiyimiz kimi, Türkiyənin Çanakkale vilayətində meşə yanğınları müşahidə olunur.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, yanğınla əlaqədar 9 kənddən 1251 nəfər təxliyə edilib.

 

Daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədilə çoxlu texnika və canlı qüvvə yanğının söndürülməsinə cəlb olunub.

 

Yanğına havadan və qurudan müdaxilə edilir. 4 helikopter səhərə qədər uçuşları davam etdirib. Hazırda yanğınla mübarizədə 7 təyyarə və 22 helikopter iştirak edir. Əraziyə 240 su çəni, 71 su tankeri, 328 digər maşın və tikinti texnikası göndərilib.

 

Məlumata görə, Çanaqqala boğazı ikitərəfli dəniz nəqliyyatına bağlanıb.

 

Türkiyənin milli səhiyyə naziri Fahrettin Koca tüstüdən zəhərlənən 4 nəfərin müalicəsinin davam etdirildiyini bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi