Modern.az

Tokayev BRICS Sammitinə qatılacaq

Tokayev BRICS Sammitinə qatılacaq

23 Avqust 2023, 10:55

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BRICS Sammitində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

24 avqust 2023-cü il tarixində dövlət başçısı Kasım-Jomart Tokayev Yohannesburqda BRICS-in 15-ci Sammiti çərçivəsində keçiriləcək BRICS+ formatında Dövlət Başçılarının Dialoqu iclasında videokonfrans vasitəsilə iştirak edəcək.

 

Qazaxıstan Prezidenti Cənubi Afrika Respublikasının lideri Siril Ramafosanın dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi iclasda çıxış edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza