“Hələlik Mərkəzi Seçki Komissiyasına bir nəfər - YAP-ın namizədi, prezident İlham Əliyevin sənədləri təqdim olunub”. Bunu Modern.az saytına açıqlamasında MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev bildirib. O qeyd edib ki, YAP-dan başqa heç bir partiya namizədinin sənədlərini təqdim etməyib.
Xatırladaq ki, prezident seçkilərinə rəsmi start avqustun 6-dan verilib. Artıq bir neçə partiya seçkidə iştirak etmək üçün öz qərarını açıqlayıb. Təqvim planına əsasən seçki gününə 23 gün qalmış rəsmi təbliğata başlanılır.