Kanadanın Ontario Qanunvericilik Assambleyasının deputatı Sten Ço Toronto şəhərindəki Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub.
Modern.az xəbər verir ki, görüş zamanı icmamızın dostu və dəstəkçisi olan qonağa Azərbaycan tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən guşələr və burada keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verib.
Qonağı maraqlandıran sualları məmnunluqla cavablandıran soydaşlarımız onu yenidən Azərbaycan Evində görmək istədiklərini bildiriblər.