Modern.az

Son iki əsrin ən isti yay günləri qeydə alındı – asfalt yollarda 70 dərəcə

Son iki əsrin ən isti yay günləri qeydə alındı – asfalt yollarda 70 dərəcə

7 Avqust 2013, 17:36

Çində son iki  əsrin isti yay günləri yaşanır. Rusiya mətbuatının məlumatına görə, ölkənin cənubunu vuran güclü istilər quraqlığa və kəndlərdə içməli suyun kəsilməsinə səbəb olub. Modern.az xəbər verir ki, kəndlərə vəziyyət o yerə çatıb ki, içməli su traktorlar vasitəsilə daşınmağa başlanılıb. 

Hətta ölkənin asfalt yollarında 70 dərəcəyə çatması, asvaltın əriməsinə səbəb olub. Yerli hökumət isə, bunun qarşısını yolları yumaqda görüb.

Yerli mətbuat yaydığı məlumatda, ölkənin cənubunda istiliyin 42 dərəcəyə çatdığını və buna görə də əhalini günorta saatlarında çölə çıxmamağa çağırır. 

Qeyd edək ki, ötən həftə Şanxay şəhərində 40,6 dərəcəyə yüksələn istilər nəticəsində 11 nəfərin ölməsi şəhər rəhbərliyini ayağa qaldırıb. Artıq şəhərdə fövqaladə vəziyyət elan olunub. 

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı