Modern.az

Zelenski Finlandiya baş nazirinə TƏŞƏKKÜR ETDİ

Zelenski Finlandiya baş nazirinə TƏŞƏKKÜR ETDİ

Dünya

23 Avqust 2023, 14:43

"Bu gün Finlandiyanın Baş naziri Petteri Orpo ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə etdik".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski rəsmi teleqram kanalında yazıb.

 

"Mən yeni, artıq 18-ci müdafiə dəstəyi paketinə görə minnətdaram. Bunlar bizim indi həqiqətən ehtiyacımız olan sursat və artilleriyadır. Mən Finlandiyanın Ukraynaya davamlı və praktiki yardımına - hərbi, humanitar dəstəyə və Rusiyaya qarşı sanksiyalara görə minnətdaram.

 

Ölkənizin azadlıq və müstəqillik uğrunda mübarizəmizlə həmrəyliyinə və Sülh Formulasını həyata keçirmək üçün birgə işimizə görə təşəkkür edirəm. Təhlükəsizlik hər kəs üçün vacibdir", - o qeyd edib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza