Modern.az

Avropada anomal istilər, meşə yanğınları... - İCMAL (FOTOLAR)

Avropada anomal istilər, meşə yanğınları... - İCMAL (FOTOLAR)

Dünya

23 Avqust 2023, 15:56

Avropa həddindən artıq istilərin ikinci dalğası ilə üzləşib. Yunanıstan və Türkiyədə meşə yanğınları yenidən alovlanıb. Təhlükəli ərazilərdən insanlar təxliyə edilir, ölən və yaralananlar var. İspaniyanın Tenerife adasında yanğın davam edir. Fransada temperatur uzunmüddətli orta göstəriciləri üstələyir. Hərarət 42 dərəcəyə çatır.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Yunanıstan bu yay ikinci dəfədir ki, dağıdıcı meşə yanğınları ilə üzləşir.

 

CNN xəbər verir ki, son bir neçə gündə ölkədə 65 yeni yanğın olub, yüzlərlə xilasedici mübarizə aparır. “The Guardian” yazır ki, təbii fəlakət qurbanlarının sayı 20 nəfərə çatıb. Bu yaxınlarda Türkiyə ilə sərhəd yaxınlığında 18 cəsəd tapılıb.

 

Güman ki, bunlar əmək miqrantlarıdır. Hakimiyyət orqanları bir neçə kəndin sakinlərini, həmçinin yerli xəstəxanadan xəstələri təxliyə edib. Turistlər arasında məşhur olan Tenerife də yanğınlara qərq olur. "The Guardian" qeyd edir ki, yanğın adanın təxminən 7%-ni məhv edib. Tenerifedən ən azı 12 min insan təxliyə edilib. "Associated Press"in məlumatına görə, regionda bir neçə ildir ki, quraqlıq hökm sürür.

 

Türkiyənin şimal-qərbindəki Çanakkale vilayətində də güclü meşə yanğını baş verib. Nəticədə Egey və Mərmərə dənizi arasında Dardanel boğazından keçən dəniz yolu bağlanmalı olub. 30-dan çox gəmi ləngiyib. Fransa da temperatur rekordlarından əziyyət çəkir.

 

 

"Le Figaro" qeyd edir ki, ölkənin cənub-qərbində 43 dərəcə isti olub. Lionda vətəndaşlara muzeyləri pulsuz ziyarət etmək icazəsi verilib ki, kondisionerli zallarda sərinləsinlər. Marseldə isə həftənin sonuna qədər bələdiyyə hovuzlarına pulsuz girmək mümkündür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi