Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda medalların taleyinə tay-brekdə aydınlıq gələcək.
Modern.az xəbər verir ki, finalın ikinci oyununda norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə bərabərə qalıb. İlk oyunda da heç-heçə qeydə alındığından Dünya Kubokunun qalibi tay-brekdə məlum olacaq
Üçüncü yer uğrunda ikinci oyunda Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. İlk oyunda N.Abasov qalib gəldiyindən ümumi hesab bərabərləşib.
Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.