Modern.az

Tverdə qəzaya uğrayan təyyarədə Priqojinin "sağ əli" də olub

Tverdə qəzaya uğrayan təyyarədə Priqojinin

Dünya

23 Avqust 2023, 22:26

Rusiyanın Tver vilayətində "Embraer" biznes təyyarəsinin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 10 nəfər olub, onların hamısı həlak olub. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, sərnişinlər siyahısında "Vaqner"in sahibi Yevgeni Priqojin də var.

 

Təyyarənin göyərtəsində “Vaqner”in komandiri Dmitri Utkinin də olduğu bildirilir. Utkin Yevgeni Priqojinin “sağ əli” olub.

 

Federal Hava Nəqliyyatı Agentliyinin xüsusi yaradılmış komissiyası araşdırmaya başlayıb“Embraer”in qəzaya uğraması ilə bağlı təyyarənin istismarı qaydalarının pozulması maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi) cinayət işi başlanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza