Modern.az

Millimizin hücumçusu İsveç klubunda ilk qolunu vurdu

Millimizin hücumçusu İsveç klubunda ilk qolunu vurdu

23 Avqust 2023, 23:29

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk qolunu vurub.

 

Modern.az xəbər verir ki, 21 yaşlı hücumçu ölkə kubokunda “Sandviken”ə qarşı keçirilən oyunda fərqlənib.

 

Səfər görüşünün 12-ci dəqiqəsində rəqib qapısına yol tapan gənc forvard komandasının ikinci qolunun müəllifi olub.

 

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada qonaqlar hesabda öndədirlər - 2:1.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi