Modern.az

Atletimiz Paris-2024-ə lisenziya qazandı

Atletimiz Paris-2024-ə lisenziya qazandı

24 Avqust 2023, 00:31

Azərbaycan atleti Anna Skidan Macarıstanın paytaxtı Budapeştdə keçirilən atletika üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Modern.az xəbər verir ki, milli komandanın üzvü çəkicatma üzrə təsnifat mərhələsində uğurlu çıxış etməklə hədəfin öhdəsindən gəlib.

 

Skidan 77.10 metr nəticə ilə final mərhələsinə yüksəlib.

 

Atlet, həmçinin Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi