Modern.az

İlon Mask Soros Fondunu məhkəməyə verəcək

İlon Mask Soros Fondunu məhkəməyə verəcək

Dünya

24 Avqust 2023, 08:21

Amerikalı milyarder İlon Mask söz azadlığının boğulmasını dayandırmaq üçün tanınmış maliyyəçi Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nu məhkəməyə vermək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Mask özünün X (keçmiş Twitter) hesabında yazıb.

 

Onun şərhi jurnalist Ben Skullanın Soros tərəfindən maliyyələşdirilən təşkilatların İrlandiya və Şotlandiyada senzura siyasətini təşviq etdiyinə dair məqaləsinə cavab olaraq dərc edilib. Bu, məqalədən göründüyü kimi, polisin evlərdə axtarışları, vətəndaşların şəxsi telefonlarının və kompüterlərinin yoxlanılmasını əhatə edir.

 

Skullanın materialına görə, bu cür tədbirlərin əsasını Soros təşkilatları və siyasətçilərinin bu bölgələrdə yerli əhali arasında nifrət cinayətlərinin sayının guya artması ilə bağlı irəli sürdüyü tezis təşkil edir. Jurnalistin yazdığı kimi, nifrət doğuran dezinformasiyanın yayılmasında məqsəd söz azadlığını boğmaq üçün sərt tədbirlərə haqq qazandırmaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza