Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ təşkilatın BRİCS təşkilatına qoşulacaq.
Modern.az xəbər verir ki, bu barədə UOL portalı sammitin yekun sənədinin layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkələr coğrafi əsasda seçilib. Gələcəkdə bir Afrika ölkəsi də BRİCS-ə daxil ola bilər.
Qeyd edək ki, BRİCS beş dövlətdən ibarətdir: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası.
Cənubi Afrikanın BRİKS-dəki nümayəndəsi Anıl Suklal 19 ölkənin qrupa qoşulmaq istədiyini bildirib. Misir BRİKS-ə üzv olmaq üçün iyunda, Boliviya iyulda, Venesuela isə avqustda müraciət edib.
"Bloomberg" agentliyi Hindistan və Braziliyanın təşkilatın genişlənməsinə qarşı olduqlarını yazıb.