Belçikada baş nazirin müavini və ədliyyə naziri Vinsent Van Quikenbornun ad günü mərasimində 3 sərxoş şəxs polis mikroavtobusunu murdarlayıb.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, federal prokurorluq hadisə ilə əlaqədar "təhlükəsizlik qüvvələrini təhqir etmək" səbəbi ilə istintaq başladıb.
Ölkənin polis sindikatları nazirin istefasını tələb edib.
Nazir Quikenborn həmin vaxt hadisə yerində olmadığını və edilənləri bəyənmədiyini bildirib. O, qonaqlarının ictimaiyyət qarşısında etdiklərinə görə məsuliyyət daşımadığını qeyd edib.