Modern.az

Jurnalist Cəmil Məmmədli həbs edildi

Jurnalist Cəmil Məmmədli həbs edildi

Media

24 Avqust 2023, 11:42

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə şimal bölgəsində fəaliyyət göstərən araşdırmaçı jurnalist Cəmil Məmmədliyə açılan cinayət işləri üzrə hazırlıq iclası keçirilib.
 

Modern.az xəbər verir ki, məhkəmə jurnalistin həbs olunması barədə qərar çıxarıb.

Bugünkü keçirilən hazırlıq iclasında dövlət ittihamçısı polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətiimkan tədbiri ilə əvəzlənməsini istəyib. Hakim vəsatəti təmin edib. Bu o deməkdir ki, məhkəmə istintaqı müddətində Cəmil Məmmədli həbsdə qalacaq.

C.Məmmədliyə qarşı, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Jurnalist şimal bölgəsinin icra strukturlarının rəhbərləri tərəfindən şərləndiyini bildirir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər