Qazaxıstanın baş naziri Alixan Smaylov Ermənistana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə "Zakon.kz" məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Tsağkadzor şəhərində Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinin hökumət başçılarının görüşü keçiriləcək.
İştirakçıların 2030-cu və 2045-ci ilə qədər inteqrasiya proseslərinin gələcək inkişafı, həmçinin qarşılıqlı ticarətin artırılması, daxili bazarda inzibati maneələrin aradan qaldırılması məsələlərini müzakirə edəcəyi və bir sıra digər mövzulara toxunacağı gözlənilir.