Modern.az

"TikTok" 2 milyon cərimələndi - Kişilərin öpüşməsinə görə...

Dünya

24 Avqust 2023, 15:44

Moskva məhkəməsi "TikTok" sosial şəbəkəsini cərimələyib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, sosial şəbəkə LGBT məzmununu silməkdən imtina edib.

 

Agentlik qeyd edir ki, Rusiya hökuməti "TikTok"dan kişilərin öpüşdüyü 4 videonu silməyi tələb edib. Sosial şəbəkə videoları silməyib. 

 

Məhkəmə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsi ilə 2 milyon rubl cərimələnib.

 

Roskomnadzor ekspertləri hesab edirdilər ki, kişi öpüşləri olan videolar yeniyetmələr arasında LGBT münasibətləri haqqında müsbət fikir formalaşdıra bilər. "TikTok" nümayəndəsi məhkəmədən cinayətin əhəmiyyətsizliyinə görə işə xitam verilməsini istəyib.

 

5 dekabr 2022-ci ildə prezident Vladimir Putin LGBT məzmununun nümayişinə görə cəzaları sərtləşdirən qanunu imzalayıb. Qanuna əsasən, LGBT ideyaları və cinsiyyətin dəyişdirilməsi reklamlarda, kitablarda, filmlərdə və mediada böyüklərə və uşaqlara təbliğ edilməməlidir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza