Ukrayna tütün məhsulları istehsalı ilə məşğul olan "Philip Morris International" və "Japan Tobacco International" şirkətlərini "müharibənin beynəlxalq sponsorları" kimi tanıyıb.
Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
Belə ki, adıçəkilən şirkətlər Rusiyada bizneslə məşğul olmağa davam edir və müharibənin maliyyələşdirildiyi dövlət büdcəsinə xeyli vergi ödəməklə iqtisadiyyatı dəstəkləmiş olurlar.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.