Almaniya Ukraynaya yeni hərbi yardım ayırıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Məlumata görə, Berlin ilk dəfə Kiyevə Amerikanın “Patriot” zenit-raket sistemləri üçün raketlər göndərəcəyini bəyan edib.
Göndəriləcək raketlərin sayı açıqlanmayıb.
Bundan başqa, yeni hərbi yardım paketinə dron aşkarlama sistemləri, 40 ədəd kəşfiyyat PUA-sı, "Zetros" yük maşınları, 22 milyon mərmi daxildir.