Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, diplomata Danimarkada Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.
Qeyd edək ki, son 1 həftə ərzində danimarkalı diplomat eyni məsələyə görə 5 dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.
Avqustun 18-də, 21-də, 22-də, 23-də və bu gün diplomata müqəddəs kitabın yandırılmsına görə etiraz bildirilib.