Modern.az

İdmançılarımız Estoniyada 3 medal qazandı 

İdmançılarımız Estoniyada 3 medal qazandı 

24 Avqust 2023, 22:42

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında Avropa çempionatlarına start verilib.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan milli komandası aktivinə 3 medal yazıb.

 

Yığmamızın liderlərindən Cavad Ağayev (68 kq) finala kimi inamla irəliləyib. Lakin həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib.

 

Gənclərin Avropa çempionatında Səlimə Quliyeva (42 kq) da eyni uğuru təkrarlayıb. O da fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Digər taekvonduçumuz Məhəmməd Həsənli (45 kq) isə 3-cü yerlə kifayətlənib.

 

Beləliklə, milli komanda ilk günü 2 gümüş və 1 bürünc medalla başa vurub.

 

Qeyd edək ki, Avropa çempionatları 3 gün davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi