Modern.az

Zelenskidən Priqojinlə bağlı mühüm AÇIQLAMA

Zelenskidən Priqojinlə bağlı mühüm AÇIQLAMA

Dünya

24 Avqust 2023, 22:55

Ukrayna prezidenti Volodimir Zelenski “Vaqner” qruplaşmasının sahibi Yevgeni Priqojinin qəzada ölməsi ilə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Kiyevdə Portuqaliya Prezidenti Marselo Rebelo De Sousa ilə mətbuat konfransı zamanı danışıb.

 

"Bizim bu işlə heç bir əlaqəmiz yoxdur. Hər kəs bu işdə kimin əli olduğunu anlayır”, - o deyib.

 

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var.

 

"Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza