Modern.az

İsrail və Səudiyyə münasibətləri bərpa edə bilər 

İsrail və Səudiyyə münasibətləri bərpa edə bilər 

Dünya

24 Avqust 2023, 23:33

İsrail və Səudiyyə Ərəbistanı 2024-cü ilin əvvəlində diplomatik münasibətlərin qurulmasına dair saziş imzalaya bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Ynet" portalı yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

 

“Söhbət İsrail və Səudiyyə Ərəbistanı arasında sülh sazişindən gedir”, - mənbə bildirib.

 

Belə optimist proqnoz ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın krallığa üç səfərindən və Səudiyyə Ərəbistanı nümayəndələri ilə danışıqlarda əldə olunan irəliləyişdən sonra verilib.

 

İsrail nəşri qeyd edir ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarla müdafiə sazişi imzalamağa çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza