Modern.az

Suriyanın cənubunu etirazlar bürüdü

Suriyanın cənubunu etirazlar bürüdü

Dünya

25 Avqust 2023, 00:51

Suriyanın cənubunda 1 həftəyə yaxındır etiraz aksiyaları keçirilir.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, narazılığa səbəb benzinin qiymətinin kəskin artması olub.

 

İğtişaşlar əsasən druzların yaşadığı ölkənin cənubunda yerləşən Əs-Suveyda əyalətində gedir. Amma ölkənin digər bölgələrində insanlar daha yaxşı həyat şəraiti tələbi ilə küçələrə axışırlar. Bəzi yerlərdə yenidən rejim dəyişikliyi ilə bağlı şüarlar səslənib.

 

Suriyada nümayişçilər təkcə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını deyil, həm də prezident Bəşər Əsədin istefasını tələb edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza