Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Bayden ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığı zamanı liderlər ukraynalı pilotların F-16 qırıcılarını idarə etmələri üçün təlimə başlamağı və digər ölkələrə F-16-larının təlim başa çatdıqdan sonra Kiyevə təhvil verilməsi üçün sürətli icazənin verilməsini müzakirə ediblər.
"Prezident Bayden ABŞ-ın Ukraynanın Rusiya təcavüzündən müdafiəsini lazım olduğu müddətcə dəstəkləmək və Rusiyanı öz hərəkətlərinə görə cavabdehlikdə saxlamaq öhdəliyini bir daha təsdiqləyib", - açıqlamda deyilir.
Zelenski qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya qlobal dəstəyin möhkəmləndirilməsində liderlik edib. “Biz birlikdə sübut edirik ki, azadlıq və müstəqillik uğrunda mübarizə aparmağa dəyər. Mən buna görə prezident Baydenə, ABŞ Konqresinə və bütün amerikalılara təşəkkür edirəm. Ümumi dəyərlərimizi qoruyacaq Ukraynaya arxalana bilərsiniz”, - o, "Telegram"da yazıb .