Qazaxıstanın sabiq daxili işlər naziri, Milli Təhlükəsizlik Komitəsinin eks-sədri, Təhlükəsizlik Şurasının keçmiş katibi, xüsusi təyinatlıların veteranı, general-leytenant Bulat Bayekenov uzun sürən xəstəlikdən sonra 81 yaşındavəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bayekenov həm də 1997-2001-ci illərdə Qazaxıstan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi olub.
Rəsmi məlumatda onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.