Modern.az

Prezident “MGİMO Journal” jurnalına müsahibə verib

Prezident  “MGİMO Journal” jurnalına müsahibə verib

8 Avqust 2013, 17:24


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Birliyinin nəşri olan “MGİMO Journal” jurnalına müsahibə verib.

Modern.az-ın məlumatına görə, jurnalın 2013-cü ilin avqust buraxılışında dərc olunmuş müsahibənin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir vaxtlar təhsil aldığı və dərs dediyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının forumundan yenicə qayıtdığı xatırladılır.

Bildirilir ki, Azərbaycan Prezidenti həmin forumda böyük auditoriya qarşısında çıxış edib, eyni kursda təhsil aldığı, uzun illər görmədiyi dostları, keçmiş tələbələri və ona dərs demiş müəllimləri ilə səmimi görüşüb, xatirələrini bölüşüb.
Daha sonra jurnalın suallarını cavablandıran Prezident İlham Əliyev tələbəlik illərini, həmçinin bu mötəbər təhsil ocağında dərs dediyi günləri yada salıb, eləcə də müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, qarşıda duran vəzifələrdən danışıb.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı