Modern.az

Priqojinin ölümü Ukrayna üçün pis xəbərdir - Alman jurnalistdən qəribə iddia

Priqojinin ölümü Ukrayna üçün pis xəbərdir - Alman jurnalistdən qəribə iddia

Dünya

25 Avqust 2023, 10:08

"Priqojinin ölümü Ukrayna üçün pis xəbərdir".

 

Modern.az xəbər verir ki, "Bild"in baş redaktor müavini Paul Ronzheimer belə düşünür.

 

Onun sözlərinə görə, Priqojinin təyyarəsinin qəzaya uğramasından xəbər tutan ukraynalılar onun ölməsinə seviniblər. Jurnalist xatırladır ki, o, Baxmutda minlərlə ukraynalı əsgərin ölümünə, həmçinin çoxsaylı hərbi cinayətlərə və işgəncələrə görə məsuliyyət daşıyır.

 

"Digər tərəfdən, ən azı son 2 ayda Priqojin Rusiya hökuməti üçün sabitliyi pozan amil olub və onun hərəkətləri “düşmənimin düşməni mənim dostumdur” prinsipi əsasında Ukraynaya faydalı olub. Düşünürəm ki, Priqojin həqiqətən ölübsə, bu, Vladimir Putin üçün sabitləşdirici amildir,Ukrayna üçün isə yaxşı xəbər deyil. Bu həm də ABŞ və Almaniya üçün bir siqnaldır. Diktator başa salmaq istəyir ki, onu məğlub etmək olmaz, əvəz etmək olmaz”, - Ronzheimer bildirib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza