Belarusda İrkutsk belarus mədəniyyət icmasının keçmiş rəhbəri Oleq Rudakov və onun həyat yoldaşı Olqa saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə "Current Time" yazıb.
Saxlanmanın səbəbləri və digər təfərrüatlar hələlik məlum deyil.
1996-cı ildə Oleq Rudakov İrkutsk belarus mədəniyyəti icmasını yaradıb və 17 il quruma rəhbərlik edib. Rudakov 2021-ci ildə İrkutskdan Belarusa köçüb.